Advertisement

Yanvar-mart Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı
ilə 50 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü
ilə müqayisədə 19 şirkət azdır.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan
Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi
kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan
şirkətlərinin məcmu kapitalı 28,5 milyon türk lirəsi olduğu halda,
2023-cü ilin eyni dövründə bu rəqəm 70,5 milyon türk lirəsi təşkil
edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında
Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyata
alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi
kapitalı 26,1 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd
edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyədə
Azərbaycan kapitalı ilə 26 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.