
Bakı. Trend:
Pakistanın Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda kömür
mədənində partlayış baş verib.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, partlayış nəticəsində azı dörd şaxtaçı yaralanıb,
ikisi itkin düşüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Qeyd edilir ki, hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya
yerləşdirilib.





























