
Bakı. Trend:
“TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım
atıla bilər.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının
Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış
edib.
“Aydındır ki, milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa
zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə
qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması
sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək
tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, – o qeyd edib.





























