
Bakı. Trend:
Rusiyada paytaxt Moskvanın yaxınlığındakı Puşkino şəhərində
güclü yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.
İdarədən bildirilib ki, Sokolovskaya küçəsində yerləşən ət
kombinatının ərazisində inzibati bina yanıb. Yanğın sahəsi min
kvadratmetr təşkil edib.
“Saat 21:59-da açıq alovlanma söndürülüb”, – idarədən
bildirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





























