Advertisement

Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər

Bakı. Trend:

Gürcüstan vətəndaşları mayın 28-dən etibarən Çinə vizasız gedə
biləcəklər.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi
məlumat yayıb.

Qərara əsasən, mayın 28-dən Gürcüstan vətəndaşlarına Çin
ərazisinə vizasız daxil olmaq və 30 günə qədər bu ölkədə vizasız
qalmaq hüququ verilir.