
Bakı. Trend:
“TikTok” sosial şəbəkəsi ABŞ-də olduğu kimi, Avropa İttifaqında
(Aİ) da qadağan edilə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa
Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.
O xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında
dünyada öz işçilərinə iş telefonlarında “TikTok”u quraşdırmağı
qadağan edən ilk təşkilat olub.





























