
Bakı. Trend:
İsrail HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə etməsə,
Rəfaha quru hücumu başladacaq.
Trend xəbər
verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
KİV-in məlumatına görə, İsrail hökuməti qarşıdakı 48-72 saat
ərzində HƏMAS-la əsir mübadiləsinə dair razılaşma əldə olunmayacağı
təqdirdə, Rəfaha quru hücumunu başladacaq.
Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa
çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat
Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.





























