Advertisement

Ermənistanda “TikTok”u məhdudlaşdırmaq təklif olunub

Bakı. Trend:

Ermənistanda “TikTok” sosial şəbəkəsinin məhdudlaşdırılması
təklif olunub.

Trend xəbər
verir ki, müvafiq təkliflə Ermənistanın Televiziya və Radio
Komissiyasının sədri Tiqran Akopyan çıxış edib.

Akopyan nümunə olaraq Avropa İttifaqı və ABŞ-ni göstərərək orada
da bu cür qərarların müzakirə olunduğunu qeyd edib.

“Texniki inqilab dövlət tərəfindən məzmuna nəzarətin itməsinə
gətirib çıxarıb. Bu səbəbdən ölkələr məzmunla bağlı məhdudiyyətlərə
keçib, lakin Ermənistan bu baxımdan gecikir”, – o deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun