
Astana. Trend:
Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye
naziri Bağdat Musinvəzifəsindən azad edilib.
Trend
“Akorda”ya istinadən xəbər verir ki, müvafiq fərman Qazaxıstan
prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Qeyd edək ki, Bağdat Musin 2020-ci ilin sentyabr ayından
Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye
naziri vəzifəsində çalışıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























