Advertisement

Türkiyədə hərbi avtomobil aşdı: 1 əsgər həlak oldu, 3-ü yaralandı

Bakı. Trend:

Türkiyədə hərbi avtomobil aşıb.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində qeydə
alınıb.

Məlumata görə, hərbi maşının idarəetmədən çıxaraq aşması
nəticəsində 1 əsgər şəhid olub, 3-ü isə yaralanıb.

Yaralı əsgərlər təcili yardım maşını ilə xəstəxanaya
aparılıb.