Advertisement

Türkiyə ordusu 5 PKK üzvünü zərərsizləşdirdi

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu
zərərsizləşdirib.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyinin rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, Türkiyə ordusu PKK-ya qarşı əməliyyatları
qətiyyətlə davam etdirir.

“İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK üzvü hava
əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu
məhv edilənə qədər davam edəcək”, – məlumatda qeyd edilib.