Bakı. Trend:
Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı
olmamalıdır.
Trend-in məlumatına görə, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin
kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian
Mərkəzində çıxış edib.
“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər,
xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər”,- deyə
Con Plum qeyd edib.
Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda
yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi
yanaşır.
Qeyd edək ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədən
Prezident Cozef Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədən
kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdə
ittiham edib.




























