
Bakı. Trend:
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan
edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə məlumat qanunverici orqanın yuxarı
palatasının saytında yayımlanıb.
Bu təşəbbüs əvvəllər Konqresin Nümayəndələr Palatası tərəfindən
bəyənilib. İndi sənədi ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.
Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.
Bununla belə, 2028-ci ilin yanvar ayına qədər müvəqqəti
istisnalar olacaq. Belə ki, təşəbbüs ABŞ-ın Energetika Nazirliyinə
dövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranının
ABŞ-ın mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına
icazə verməyə imkan verir.
Birləşmiş Ştatlar son illərdə modul nüvə reaktorlarını
gücləndirmək üçün Rusiyanın yüksək dərəcəli, aşağı
zənginləşdirilmiş uranını əvəz etməyə çalışır.





























