
Bakı. Trend:
ABŞ-nin Suriyanın şərqində iranyönlü silahlı qruplaşmaların
cəmləşdiyi ərazilərə endirdiyi aviazərbələr nəticəsində azı 13
nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat
yayıb.
Məlumata görə, bombardman nəticəsində iranyönlü qrupların azı 13
tərəfdarı həlak olub. Daha əvvəl 20-yə yaxın yaralının olduğu
bildirilirdi. Qeyd olunurdu ki, döyüş təyyarələri Deyr əz-Zorda
yerləşən iranyönlü birləşmələrin mövqelərinə üç hücum həyata
keçirib.





























