
Bakı. Trend:
Tanınmış amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib.
Trend xəbər
verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, dostu Ceki Layden yazıçının ölüm xəbərini
təsdiqləyib.
Onun sözlərinə görə, yazıçı mayın 30-da Bruklində öz evində
vəfat edib. Pol Osterin ölüm səbəbi ağciyər xərçəngindən sonra
ağırlaşma olub.
Qeyd edək ki, Pol Oster postmodernizm, absurdizm və
ekzistensializm janrlarında yazıb. Yazıçı “Nyu-York trilogiyası”
sayəsində şöhrət qazanıb. “Leviafan” romanına görə isə Pol Oster
Fransanın nüfuzlu Mediçi mükafatına layiq görülüb.
Bundan başqa, Pol Oster fransız dilindən kitabların, o cümlədən,
Jan-Pol Sartr və Andre Bretonun əsərlərinin tərcüməsi ilə məşğul
olub. Yazıçı, həmçinin, bir sıra filmlərin ssenarisini yazıb.





























