Advertisement

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu ötən gecə Livanın cənubunda “Hizbullah”ın
mövqelərinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında “Hizbullah”ın ərazidəki
hərbi qurğuları, infrastruktur və müşahidə məntəqələri olub.

Xatırladaq ki, aprelin 23-də İsrail ordusunun Livanın cənubuna
endirilən raket zərbəsi nəticəsində “Hizbullah” hərəkatının hava
hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan
Hüseyn Əli Azkul öldürülüb.

Həmçinin qeyd edək ki, İsrail ordusu aprelin 27-də Livanın
cənubuna aviazərbələr endirib. Zərbələr nəticəsində “Hizbullah”
hərəkatının aparıcı şəxslərindən hesab edilən şeyx Fərəcullah Hammu
“Səcid” qətlə yetirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun