Advertisement

ABŞ-dən türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Amerika Birləşmiş
Ştatlarından Türk limanlarına 27 milyon 529 min 324 ton yük
daşınıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən
gəmilər ABŞ-dan limanlara 381 min 422 ton, digər ölkələrin
bayraqları altında üzən gəmilər isə 26 milyon 241 min 297 ton yük
çatdırıb.

Bu müddət ərzində ABŞ bayraqlı gəmilərlə Türkiyə limanlarına 96
min 252 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-dekabr aylarında
Türkiyə limanlarına ABŞ-dan 837 min 920 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə
limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında
gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib.
Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil
edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-dekabr aylarında
Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük
daşınıb.

2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min
497 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında
gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub”, – deyə
nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından
5 milyon 238 min 880 ton transit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə
limanları 60 min 195 gəmi qəbul edib.

Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən
qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min
918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul
edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.