Advertisement

Serbiya parlamenti yeni hökumət tərkibini təsdiqləyib

Bakı. Trend:

Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin rəhbərlik etdiyi
yeni hökuməti təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” qəzeti
xəbər verib.

Məlumata əsasən, 152 deputat “lehinə”, 61 deputat “əleyhinə” səs
verib. Daha 37 nəfər iclasda iştirak etməyib.

M.Vuçeviç uzun müddət prezident Aleksandr Vuçiçin tərəfdarı
hesab olunur.

Yeni hökumətin tərkibinə Serb Təhlükəsizlik və İnformasiya
Agentliyinin keçmiş direktoru Aleksandr Vulin də daxil edilib.
Bundan əvvəl o, baş nazirin müavini vəzifəsində çalışıb.

Xarici işlər naziri postunu Serbiyanın ABŞ-dəkı keçmiş səfiri
Marko Curiç tutub.