
Bakı. Trend:
Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Adları açıqlanmayan Türkiyə rəsmilərinin sözlərinə görə, Ankara
İsrailə mal ixracına və ondan məhsulların idxalına qadağa
qoyub.
Eyni zamanda, Türkiyə tərəfi mövcud vəziyyəti rəsmi səviyyədə
şərh etməyib.





























