Bakı. Trend:
Avropanın ən bahalı şirkəti olan Danimarkanın “Novo Nordisk”
əczaçılıq nəhəngi birinci rübdə gəlirinin kəskin artdığını
bildirib.
Trend-in
məlumatına görə, şirkətin əməliyyatlar üzrə gəliri 27 faiz – 4,5
milyon dollardan çox artıb. Eyni zamanda, satış həcmi 9,365 milyon
dollar təşkil edib ki, bu da öz növbəsində 22 faiz artım
deməkdir.
Beləliklə, yalnız ABŞ-də, 2023-cü ilin sonundakı tədarüklə
müqayisədə “Wegovy” arıqlama preparatına tələbat dörd dəfə artıb.
“Novo Nordisk” şirkəti diabet və piylənmənin müalicəsi üçün dərman
preparatları sahəsində dünya lideri olub.
Yüksək tələbat şirkətin rəhbərliyini illik proqnozu yenidən
nəzərdən keçirməyə vadar edib. Əməliyyat gəlirin 30 faiz,
satışların isə 27 faiz artacağı proqnozlaşdırılır. Hazırda tələb
təklifi üstələyir. Rəhbərlik əlavə istehsal müəssisələrinə böyük
investisiyaların yatırılmasını planlaşdırır.




























