Advertisement

Satınalmalar daha fundamental transformativ təsirə malik ola bilər – Bryus Qosper

Tbilisi.Trend:

Satınalmalar daha fundamental transformativ təsirə malik ola
bilər.

Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) İnzibati və
Korporativ İdarəetmə üzrə vitse-prezidenti Bryus Qosper Tbilisidə
AİB-in illik toplantıları çərçivəsində keçirilən “Dayanıqlı
satınalmalar – AİB-in iqlim dəyişmələrinin nəticələrinin
yüngülləşdiriməsi və onlara adaptasiya üzrə hədəflərinin əldə
olunmasına töhfə” mövzusunda panel müzakirəsində çıxışında
deyib.

Onun sözlərinə görə, “Gələcəyə körpü” hamını, o cümlədən, AİB-i
narahat edən mühüm məsələdir və bu, təbii ki, regionumuzun
qrşısında duran bir sıra problemlərdəndir.

“1991-ci ildən etibarən, 1991-2020-ci illər arasında daşqınlar
və quraqlıqların, həmçinin, yanğınların vurduğu ziyan 1,5 trilyon
ABŞ dollarından çox olub. Bu səbəbdən bank regionun iqlim bankına
çevrilməyi qarşısında məqsəd olaraq qoyub. Təkcə ötən il – 2023-cü
ildə biz iqlim maliyyələşdirilməsinə 10,7 milyard ABŞ dolları
ayırdıq ki, bu da 2030-cu ilə qədər 100 milyard ABŞ dolları
dəyərində öhdəliyimizin icrasına mühüm töhfədir”, – o deyib.

Onun sözlərinə görə, satınalmalar hər hansı formada
iqtisadiyyatların dayanıqlılığına imkan yaratsa, daha fundamental
transformativ təsirə malik ola bilər.

“Biz il ərzində satınalmalara 9 milyard dollardan çox vəsait
sərf edirik və bu məsələlər üzrə qəbul etdiyimiz qərarlar
fundamental nəticələr verir. Əlbəttə, onlar qiymət və keyfiyyət
nisbətini təmin etməlidir. Onlar düzgün qiymətə düzgün məhsul
istehsal etməlidir. Lakin bunu necə etməyimiz bunun çərçivəsindən
çox kənara çıxan nəticələr verə bilər.

Əlbəttə, biz iqlimə təsir, karbon izi kimi amilləri nəzərə
alırıq. Biz bilirik ki, dayanıqlı inkişafı prioritetləşdirən
iqtisadiyyatlar öz əməliyyat risklərini azaldır. Onlar öz sinfinin
ən yaxşı texnologiyalarından yararlanır və biz hər gün yeni
texnologiyaların yarandığını görürük. Əlbəttə ki, onlar bazarda
rəqabət qabiliyyətinin artmasına nail olurlar. Beləliklə, dayanıqlı
satınalmalar təkcə üzləşdiyimiz bir sıra ciddi problemlərin
həllində deyil, əlbəttə ki, icmaların bu cür səylərə sərf olunan
vəsaitdən daha dərindən faydalanmalarını təmin etməkdə mühüm rol
oynaya bilər”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun