Advertisement

Rusiyanın Berlindəki səfirliyinin vəkili Almaniya XİN-ə çağırılıb

Bakı. Trend:

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili
kiberhücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə
çağırılıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat
Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini
sındırmaqda ittiham edib.

Qeyd edək ki, Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı
ittihamları dəfələrlə rədd edib. Rəsmi Moskva iddia edir ki,
Almaniya hüquq-mühafizə orqanlarından kibercinayətkarların Moskva
ilə əlaqələri haqqında heç bir sübut təqdim etməyib.