Advertisement

Qazaxıstanda yeni baş nazir təyin edildi (YENİLƏNİB)

Bakı. Trend:

Qazaxıstan Parlament Məclisində yeni baş nazirin seçilməsi üçün
fraksiyaların səsverməsi keçirilib.

Trend xəbər verir ki, səsvermə nəticəsində Oljas Bektenov
Qazaxıstanın yeni baş naziri seçilib.

Səsvermə nəticəsində Oljas Bektenovun baş nazir postuna
namizədliyini 69 lehinə, 7 əleyhinə səslə dəstəkləyib.

Səsvermə bitdikdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart
Tokayev O.Bektenovun baş nazir təyin edilməsi barədə sərəncam
imzalayıb.

Qeyd edək ki, Oljas Bektenovun namizədliyini Qazaxıstan
prezidenti Kasım-Jomart Tokayev təklif edib.

xxx

11:50

Qazaxıstanın hakim “Amanat” partiyası hökumətin başçısı
vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürüb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin aparatı
məlumat yayıb.

Qeyd olunub ki, Qazaxıstan Parlament Məclisinin sədri, “Amanat”
partiyasının rəhbəri Erlan Koşanov dövlət başçısına yeni namizədlə
bağlı rəsmi müraciət edib. Mövcud qanunvericiliyə görə,
Kasım-Jomart Tokayev onun təklifini bu gün parlamentin plenar
iclasında fraksiyaların sədrləri ilə müzakirə edəcək.

Baş nazir postuna yeni namizədin 43 yaşı var. O, hazırda
Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini
tutur.