Advertisement

Almaniya Ukraynaya altı radar sistemi göndərəcək

Bakı. Trend:

Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın
“Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə
Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan
böyük sifariş paketinin bir hissəsi kimi Kiyevə çatdırılacaq.

“Radarlar Ukraynanın hava hücumundan müdafiəsi üçün təcili
lazımdır”, – məlumatda qeyd edilib.