Advertisement

Sudan Suverenlik Şurası sədrinin oğlu Ankarada dünyasını dəyişib

Bakı. Trend:

Sudan Suverenlik Şurası sədrinin oğlu Ankarada qəza nəticəsində
dünyasını dəyişib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, təxminən 2 ay
əvvəl Ankarada motosikletlə keçirdiyi yol qəzasında ağır yaralanan
Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın
oğlu Mohamed A.Fettah el-Burhan Rahman müalicə olunduğu xəstəxanada
dünyasını dəyişib.

Martın 6-da motosikleti ilə avtomobilə çırpılan Mohamed Fatah
el-Burhan Rahman yaralandıqdan sonra, Bilkent Şəhər Xəstəxanasında
müalicə edilirdi.