Advertisement

Rusiyada ticarət mərkəzində yanğın olub

Bakı. Trend:

Rusiyanın Xabarovsk şəhərində yerləşən “RemiSiti” ticarət
mərkəzində yanğın olub.

Trend xəbər
verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, binadan 270 nəfər təxliyə olunub. Hadisə
nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Ticarət mərkəzinin yerləşdiyi rayonun üzərini qara tüstü
bürüyüb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun