Advertisement

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

Bakı. Trend:

Fələstinin müqavimət hərəkatı – HƏMAS Misirin Qəzzada atəşkəs
təşəbbüsünə cavab olaraq Qahirəyə nümayəndə heyəti göndərib.

Trend xəbər verir ki, Sinxua agentliyi bu barədə Misirdəki iki
mənbəyinə istinadən məlumat yayıb.

“HƏMAS hərəkatının nümayəndə heyəti İsraillə atəşkəs sazişi üzrə
danışıqları davam etdirmək üçün Qahirəyə gəlib. Sazış Qəzza
sektorunda müharibəyə son qoya bilər”, – deyə məlumatda
bildirilir.

Eyni zamanda, qeyd olunur ki, Qahirə razılığın əldə olunmayacağı
təqdirdə Fələstin eksklavında vəziyyətin gərginləşəcəyi barədə
HƏMAS-a xəbərdarlıq edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin də
Misir və Qətərin daxil olduğu atəşkəs sazişinin qarantı qismində
Misirə gedəcəyi gözlənilir.