Bakı. Trend:
ABŞ-ın Nyu York şəhərində iki sinaqoq partlayış təhlükəsi
səbəbindən təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə “New York Post” qəzeti şəhər
polisinə istinadən bildirib.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarına partlayış təhlükəsi
barədə məlumat şənbə günü yerli vaxtla saat 15:15 və 16:30
radələrində daxil olub.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.




























