
Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanı
ilə yalnız krallığın İsraillə münasibətləri normallaşdıracağı
təqdirdə müdafiə paktı bağlayacaq.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” nəşri xəbər verib.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan
nəşrə müsahibəsində deyib ki, bu iki məsələ Yaxın Şərqdə sülhün
bərqərar olması üçün “hərtərəfli baxışın” bir hissəsidir və onları
bir-birindən ayırmaq olmaz.
ABŞ rəsmisi C.Baydenin yaxın aylarda İsrailin təhlükəsizliyinə
və daha dinc bölgəyə aparan yolu açıq şəkildə müəyyənləşdirəcəyini
deyib.





























