Bakı. Trend:
Vyetnam anomal istilərdən əziyyət çəkir.
Trend-in
məlumatına görə, aprel ayında ölkədə yüzdən çox temperatur rekordu
müşahidə edilib. Ölkədəki 102 meteoroloji stansiyadan yeddisi 43
dərəcə Selsini keçən istilik qeydə alıb. Həftə sonu 2 şəhərdə
havanın temperaturu 44 dərəcə Selsini keçib.
Havanın kəskin isinməsi ölkənin mərkəzində yüz minlərlə balığın
tələf olması ilə nəticələnib. Buna səbəb çay və göllərin quruması,
həmçinin su ehtiyatlarının pis idarə edilməsidir.
Vyetnamla qonşu ölkələr də kəskin istilərdən əziyyət çəkir.




























