
Bakı. Trend:
ABŞ-nin “Vİctor İncorporation” şirkəti gəmilərdə atom
saatlarının quraşdırılacağını bildirib.
Trend-in
məlumatına görə, atom saatları yüksək dəqiqliyi ilə seçilir. Şirkət
artıq bu saatları Atlantik okeanında üzən gəmilərdə sınaqdan
keçirib.
Şirkətin açıqlamasında bildirilir ki, atom saatlarını dəqiq
sinxronlaşdırmaq mümkündür. Dəqiq vaxt naviqasiya, peyk rabitəsi və
internet təchizatı üçün vacibdir. Gəmilərdə quraşdırılan atom
saatları vaxtın dünya səviyyəsində yüksək dəqiqliklə
sinxronlaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, atom saatları ətraf mühitin təsirlərinə qarşı
həssas deyil. Nüvə reaksiyası sabit olduğu üçün bu saatların xətası
3 milyon ildə 1 saniyəni ötmür.





























