Advertisement

Almaniyada hərbi zavodda yanğını lokallaşdırmaq mümkün olmayıb

Bakı. Trend:

Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən
yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur.

Trend-in
məlumatına görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən
yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə
yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.

Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış
tikililərin sökülməsinə başlayacaq.