Advertisement

İsrail ordusu Rəfah sakinlərinin təxliyəsinə başlayıb

Bakı. Trend:

İsrail ordusu Rəfah sakinlərinin təxliyəsinə başlayıb.

Trend xəbər
verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, Rəfah sakinləri İsrail ordusunun Qəzza zolağında
irimiqyaslı hərbi əməliyyata hazırlığı fonunda təxliyə olunur.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi
barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru
hücumu başladacağına dair məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa
çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat
Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun