Advertisement

Keniyada daşqınlar: 228 nəfər həyatını itirib

Bakı. Trend:

Keniyada leysan yağışları səbəbindən baş verən daşqınlar və
torpaq sürüşmələri nəticələrində ölənlərin sayı 228 nəfərə
çatıb.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, daşqınlar Şərqi Afrikanın ən böyük
iqtisadiyyatına malik Keniyada evləri, yolları, körpüləri dağıdıb
və infrastruktura ciddi zərər vurub. Təbii fəlakət nəticəsində,
həmçinin 164 nəfər xəsarət alıb, 212 mindən çox insan isə evlərini
tərk etmək məcburiyyətində qalıb.

Sinoptiklər son həftələr ölkənı cənginə alan leysan yağışların
may ayında daha da şiddətlənəcəyini proqnozlaşdırır.