Advertisement

Türkiyədə ağır qəza – Ölənlər var

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş
verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11
nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Trend xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay
magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun
toqquşması nəticəsində meydana gəlib.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım
briqadası cəlb olunub.