Advertisement

Putinin andiçmə mərasimində Fransanı Moskvadakı səfiri təmsil edəcək

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Fransanı
ölkənin Moskvadakı səfiri Pyer Levi təmsil edəcək.

Trend xəbər
verir ki, bu barədə diplomatik mənbədən “TASS” agentliyinə
bildiriblər.

“Mayın 7-də Rusiya prezidentinin andiçmə mərasimində Fransanı
səfiri təmsil edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə
mərasimi mayın 7-də keçiriləcək.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart
tarixlərində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının
məlumatlarına görə, Vladimir Putin seçici səslərinin 87,28 faizini
toplayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun