
Bakı. Trend:
HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini
təsdiqlədiyi barədə məlumat verib.
Trend xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalı
məlumat yayıb.
“Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş
naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat
İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb. Telefon
danışığı zamanı o, vasitəçilərə hərəkatın təklif etdikləri atəşkəs
sazişi layihəsini təsdiqlədiyini bildirdi”, – bəyanatda
bildirilib.





























