Advertisement

İsrail Rəfahda hərbi əməliyyatı davam etdirmək qərarına gəlib

Bakı. Trend:

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah
şəhərində hərbi əməliyyatın davam etdirilməsi barədə qərar qəbul
edib.

Trend xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin
Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad
edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq
üçün Rəfah əməliyyatını davam etdirəcək”, – bəyanatda
bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək
üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətər
vasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişi
layihəsini təsdiqlədiyi barədə məlumat verib.