
Bakı. Trend:
Rusiyanın Kamçatka sahillərində 4,6 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın
Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib.





























