Advertisement

Fransada antisemitizm hadisələrinin sayı artıb

Bakı. Trend:

Fransada antisemitizm hadisələrinin sayı cari ilin birinci
rübündə artıb.

Trend xəbər verir ki, bunu Baş nazir Qabriel Attal Fransa Yəhudi
Təşkilatları Şurasının iclasında deyib.

“Bu ilin ilk üç ayında Fransada 366 antisemitizm hadisəsi qeydə
alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə
çoxdur”, – deyə Baş nazir vurğulayıb.

Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Fransada yəhudilər
əhalinin təxminən 1 faizini təşkil edir, lakin dini dözümsüzlük
hallarının 60 faizi antisemitizm aktlarıdır.