Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti
Vladimir Putinin bu gün keçirilən andiçmə mərasiminə dəvət
olunmadığını bildirib.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə
dəvət olunduğunu, Putindən isə bu cür dəvət almadığını
bildirib.
Qeyd edək ki, mayın 7-də Vladimir Putin rəsmi olaraq Rusiya
Federasiyasının prezidenti vəzifəsinə başlayıb. Andiçmə mərasimi
Böyük Kreml sarayında keçirilib.
Xatırladaq ki, martın 21-də Rusiya Federasiyasının Mərkəzi Seçki
Komitəsi 15-17 mart tarixlərində keçirilən prezident seçkilərinin
nəticələrini təsdiqləyib.
Vladimir Putin səslərin 87,28 faizini toplamaqla, rəsmi olaraq
yenidən Rusiyanın prezidenti seçilib.





























