
Bakı. Trend:
Qırğızıstan prezidenti Sadır Japarov mayın 7-də Rusiyaya işgüzar
səfərə yola düşüb.
Trend bu
barədə Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər
verir.
Məlumata görə, səfər çərçivəsində Japarov Moskvada Avrasiya
İqtisadi İttifaqının yubiley sammitində və Böyük Vətən
Müharibəsindəki Qələbənin 79 illiyi münasibətilə keçiriləcək
təntənəli tədbirlərdə iştirak edəcək.
Qırğızıstan prezidentini ölkənin Rusiyadakı səfiri, eləcə də,
bir sıra dövlət məmurları və nazirlər müşayiət edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























