Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları
ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2
milyard dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin mart ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
13,6 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.





























