Bakı. Trend:
Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb.
Həmin gün Nyu-York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722
dollar idi.
Trend-in
məlumatına görə, may ayında məhsulun qiymətində 30 faizə yaxın
azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara
təklif edilir.
Son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında
dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb.
Xarici KİV-də bahalaşma və kəskin ucuzlaşmanın real səbəbi barədə
məlumat verilib.
“Figaro”nun əldə etdiyi məlumata görə, beynəlxalq aktorlardan
biri qiyməti 20 000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə
almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları
dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə
alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.





























