Advertisement

Çinin sədri Si Cinpin Serbiyada səfərdədir

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransadan sonra
Serbiyaya səfər edib.

Trend-in
məlumatına görə, Çin rəhbərini Belqrad aeroportunda Serbiya
prezidenti Aleksandr Vuçiç, Baş nazir və parlamentin sədri
qarşılayıb. Bu, Çin rəhbərinin son 8 ildə Belqrada ilk
səfəridir.

Si Cinpinin rəhbərlik etdiyi nümayəndə heyətinə 400-dən artıq
şəxs daxildir. Rəsmi görüşlər səhər başlayacaq.

Çin nümayəndələrinin təhlükəsizliyini 6500 polis əməkdaşı
qoruyur.