Advertisement

Yanvar-aprel aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 40 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin Özbəkistana
elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
29 faiz artaraq, 42,6 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Özbəkistana 14,8 milyon dollar
məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin
aprel ayı ilə müqayisədə 1,3 dəfə çoxdur” – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində
elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı
ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində ( aprel 2023- aprel 2024)
Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.