Advertisement

ABŞ İsrailə silah göndərilməsini təxirə salır – KİV

Bakı. Trend:

ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi Birləşmiş
Ştatların İsrailə silah tədarükünü gecikdirməsi barədə yayılan
məlumatları təsdiqləyib.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

O bəyan edib ki, Vaşinqtonun Rəfahda əməliyyata etiraz etdiyini,
Yərusəlimə nümayiş etdirmək məqsədilə bombaların göndərilməsi
dayandırılıb.

“İsrail üçün nəzərdə tutulmuş döyüş sursatı partiyasına
həmçinin, 900 kq çəkidə 1800 ədəd bomba və 225 kq çəkidə 1700 ədəd
bomba daxildir”, – o əlavə edib.

Lakin ABŞ-də İsrailin bu ağır bombaları yerli əhalidən başqa
digər təhlükəli rayonlardan qaçqın düşmüş yüz minlərə fələstinlinin
yaşadığı Rəfahın sıx yaşayış yerlərinə qarşı istifadə edəcəyindən
ehtiyat edirlər.