Bakı. Trend:
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukrayna Ali Radasının keçmiş
deputatı və jurnalist İqor Miroşniçenkonu cinayət maddəsi ilə
axtarışa verib.
Trend xəbər verir ki, bu
barədə Rusiya DİN-in axtarış-məlumat bazasında paylaşım edilib.
“İqor Mixayloviç Miroşniçenko. Cinayət Məcəlləsinin – maddəsi
ilə axtarışa verilib”, – deyə məlumatda bildirilib.
Lakin məlumat bazasında axtarışın hansı maddə əsasında
aparıldığı isə göstərilməyib.
Qeyd edək ki, 2012-2014-cü illərdə Miroşniçenko VII çağırış
Ukrayna Ali Radasının deputatı, 2015-2020-ci illərdə isə Kiyev
Şəhər Şurasının “Svoboda” millətçi partiyasından deputatı olub.
Sabiq deputatın adı dəfələrlə qalmaqallarda hallanıb.





























