Advertisement

Rusiya və Çin Ayda stansiya üçün nüvə qurğusunun yaradılmasını planlaşdırır

Bakı. Trend:

Rusiyalı mütəxəssislər Çin ilə birgə Ayda baza üçün nüvə enerji
qurğusunun yaradılmasına başlayıblar.

Trend bu barədə “Roskosmos”un baş direktoru Yuri Borisova
istinadən xəbər verir.

“Daha öncə o məlumat verib ki, ölkələr “təxminən 2033-2035-ci
illərdə” qurğunu Aya çatdıraraq montaj etməyi nəzərdə tuturlar”, –
deyə o bildirib.

Y.Borisov eyni zamanda bildirib ki, Rusiya tərəfindən bu cür
qurğunun yaradılması üçün zəruri olan bütün texniki məsələlər artıq
həll olunub.