
Bakı. Trend:
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Kocaeli limanı 9
min 560 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində
Kocaeli limanı Türkiyə bayrağı altında üzən 2 min 875 gəmi qəbul
edib, digər ölkələrin bayraqları altında üzən 6 min 685 gəmi qəbul
edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə
limanları 60 min 195 gəmi qəbul edib.
Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə
bayrağı altında olan gəmilər isə 19 min 277 olub.
Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə
limanları 4 min 697 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.





























